...Dağıl, ay dünya!
Ermənilərdə biri var ey,.. gərək ki, “dövlət naziri”(?) olmalıdır, Artak Beqlaryan,.. ötən gün o, çəlimsiz vücuduna xas olmayan bir şəkildə ermənilərə müraciət edərək,.. guya azərbaycanlıların Xocalıya və ümumiyyətlə, “artsax hakimiyyəti”nin nəzarəti altında olan digər ərazilərə qayıtması ilə bağlı şayiələrin reallıqla heç bir əlaqəsi olmadığını deyib.
Artakın sözlərinə görə, guya “artsax hakimiyyəti”nin gündəliyində belə bir məsələ yoxdur.(?)
Çuna görə də, Artak ermənilər üçün çətin bir gündə bu çür “təxribatçı dedi-qodulara” inanmamağa çağırıb.
Qeyd edək ki, Artakın çəlimsizin biri olmasına baxmayın aaa, çəlimsiz olsa da “artsax hakimiyyəti”ndə baş qaldıran "bütün mühüm məsələlər" onsuz həllini tapmır. Deyim ki, bir müddət bundan əvvəl, hələ vaxt tapıb dilənmək, yox, üzr istəyirəm, Amerikadakı ermənilərdən dollar...istəmək üçün ABŞ-da getmişdi. Deyəsən, həmən səfər Artak üçün elə də uğurlu olmamışdı. Yəni okeanın o tayında “dövlət naziri”nin nə "vəzifəsinə", nə də şikəst canıyla gedib ora çıxmasına oradakı ermənilərin heç biri əhəmiyyət verməmişdilər və pulsuz-parasız geri göndərmişdilər. O da özünü o yerə qoymayıb yenidən "sevdiyi dövlət naziri" işinə dönmüşdü.
Amma “dövlət”in problemləri bitib qurtarır, bəyəm. Budur Artakın təyinatına şəxsən özü zəmanət verdiyi “ombudsman” Qeqam Stepanyan yenə də bəd xəbərlə gəlib.
Belə ki, o, “dövlət naziri”nə verdiyi “hesabatında” “Azərbaycanda guya erməni əsilli insanlara qarşı ayrı-seçkilik siyasətinin həyata keçirildiyi barədə” dünyanın bütün səlahiyyətli instansiyalarına göndərdiyi hesabatların heç bir effekt vermədiyini Artaka “məruzə edir”.
Deyim ki, “məruzəni bitirən” Stepanyan dünyanın məzlum ermənilərə niyə hələ də inanmadığına təəccübünü gizlətmir. Amma deyim ki, Qeqamdan fərqli olaraq, Artak bunları yaxşı bilir və bilsə də, lakin özünü o yerə qoymur.
İndi Artak Qeqam Stepanyandan onu “işə götürərkən” “artsax”ı beynəlxalq səviyyədə tanıdacağına “öz töhfəsini” verəcəyi barədə dediklərini xatırladıb, indi bu məsələnin nə yerdə olduğunu soruşduqda, “ombudsman” özündən əvvəlki həmkaları kimi bu məsələdə artıq "gecikdiklərini" bildirir.
Amma deyim ki, əslində Artak bu məsələnin nə vaxtsa reallaşacağına heç özü də inanmır, lakin hələ də ətrafındakılara özünü ümidli göstərməyə çalışır?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB