Kvebek azərbaycanlıları Monrealdakı ənənəvi festivala qatılıblar

Kvebek azərbaycanlıları Monrealdakı ənənəvi festivala qatılıblar

Kvebek Azərbaycanlıları Assosiasiyası Kanadanın Monreal şəhərində keçirilən ənənəvi “Festival Orientalys”da iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, festival çərçivəsində təşkil edilən Azərbaycan guşəsində ölkəmizin tarixini, zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən kitablar, milli geyimlər və suvenirlər nümayiş olunub.

Assosiasiyanın fəalları guşəmizi ziyarət edən qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verib, milli rəqslərimizi nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə