ABŞ Ukraynanın əks hücum planına kömək edir

ABŞ Ukraynanın əks hücum planına kömək edir

Pentaqon Ukraynanın əks-hücum üçün hazırlıqlarında, xüsusən də əməliyyatların planlaşdırılması mərhələsində Ukrayna hərbçiləri ilə qarşılıqlı əlaqədə məsləhətçi kimi iştirak edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Amerika, Qərb və Ukrayna mənbələrinə istinadən “CNN” xəbər verir.

Beləliklə, ABŞ ordusu ukraynalı həmkarlarına əməliyyatı coğrafi və hədəflər baxımından məhdudlaşdırmağı, bir neçə cəbhədə “bataqlığa düşməməyi” tövsiyə edib.

Bunu da telekanal xəbər verir.

Kanalın digər məlumatına görə, əks-hücum əvvəlcə daha geniş planlaşdırılılsa da, amma son həftələrdə planlar bir qədər azaldılıb.

Bu arada Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder Vaşinqtonun Kiyevlə müxtəlif səviyyələrdə müntəzəm hərbi dialoq apardığını bildirib.

Qeyd edilir ki, əlaqənin bəzi təfərrüatlarını açıqlamaqdan imtina edən Rayder, Pentaqonun Ukrayna tərəfinə onların üzləşdiyi təhlükələri daha yaxşı başa düşmək üçün məlumatlar ötürür və ukraynalılara keçiriləcək əməliyyatlarla bağlı son qərarları da özləri verirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə