Pakistanda milyonlarla insan səhiyyə xidmətlərindən məhrum olub

Pakistanda milyonlarla insan səhiyyə xidmətlərindən məhrum olub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pakistanda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölkə üzrə 888 tibb müəssisəsinə ziyan dəydiyini açıqlayıb.

Təşkilatın açıqlamasında daşqınların ölkə üzrə 888 xəstəxana, poliklinika və digər tibb müəssisələrinə ziyan vurduğu, 180 obyektin isə tamamilə yararsız hala düşdüyü bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, xəstəxana və poliklinikalara dəyən ziyandan sonra milyonlarla insan səhiyyə xidmətlərindən məhrum olub.

Bildirilib ki, daşqınlar artıq ölkəyə təsir edən ishal, dang qızdırması, malyariya, poliomielit və yeni növ koronavirus (Covid-19) epidemiyalarını daha da pisləşdirib və su təmizləyici ehtiyatların zədələndiyi ərazilərdə epidemiya riski yüksəkdir.

Bəyanatda ifadələri yer alan ÜST-ün Şərqi Aralıq dənizi regional direktoru doktor Əhməd Əl-Mandhari bu il daşqınların vurduğu zərərin əvvəlki illərdən daha dəhşətli olduğunu bildirib.

Mandhar ÜST-ün daşqının təsirli olduğu və tibb müəssisələrinin zədələndiyi ərazilərdə təcili tibbi yardım xidmətlərini davam etdirmək üçün yardım səylərinə başladığını bildirdi.

Pakistanda isə səhiyyə mütəxəssisləri daşqından təsirlənən ərazilərdə 5 milyon insanın yaxın 4-12 həftə ərzində su vasitəsilə epidemiyaya tutulacağını təxmin ediblər.

Mütəxəssislər xəbərdarlıq edib ki, daşqınların təsirli olduğu Sind, Bəlucistan, Pəncab və Xayber Paxtunxva əyalətlərində insanlar ishal, vəba, mədə və bağırsaq iltihabı, tif qızdırma və vektor xəstəliklərdən əziyyət çəkə bilərlər.

Seldən zərər çəkmiş ərazilərdə təmiz içməli suyun olmadığına diqqət çəkən mütəxəssislər, tədbir görülməsə çoxlu uşaq və böyüklərin ölə biləcəyini bildirib.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 1162 nəfər həyatını itirib, 3554 nəfər isə yaralanıb. Daşqınlardan ümumilikdə 33,4 milyon insan zərər çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə