"Türkiyenin yerli avtomobili "TOGG" mart ayında yollarda olacaq"

"Türkiyenin yerli avtomobili "TOGG" mart ayında yollarda olacaq"

Sənaye və texnologiya naziri Mustafa Varank Türkiyenin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”-un mart ayında yollarda olacağını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İstanbulda bir radio verilişinin qonağı olan nazir Varank Türkiyenin avtomobili "TOGG" ilə bağlı açıqlamalar verib.

Varank Bursa şəhərinin Gemlik rayonunda tikinti işləri davam edən fabrikin oktyabrın 29-da açılacağını bildirib və ilk maşınların fabrikdən çıxaraq sertifikatlaşdırma prosesinin tamamlanması ilə 2023-cü ilin martında başlayacağını bildirdi.

M.Varank "C-class SUV" tipli avtomobilin eyni sinifin daxili yanma avtomobilləri ilə rəqabət aparacağını və eyni qiymətə satışa çıxarılacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə