Rusiya “Şimal axını” ilə Avropaya qaz nəqlini dayandırıb

Rusiya “Şimal axını” ilə Avropaya qaz nəqlini dayandırıb

Rusiya “Şimal axını” boru kəməri ilə Avropaya qaz nəqlini dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməyə davam edir.

Bu gün səhər saatlarından etibarən Rusiya “Şimal axını” boru kəməri ilə Avropaya qaz nəqlini dayandırıb. Rusiyanın TASS Xəbər Agentliyi kəsilmənin planlaşdırıldığını və 3 gün davam edəcəyini yazıb.

Sözügedən xəbərə görə, “Qazprom” daha əvvəl “Şimal axını” ilə qaz nəqlinin avqustun 31-i Moskva vaxtı ilə saat 04:00-dan sentyabrın 3-ü Moskva vaxtı ilə saat 04:00-a qədər dayandırılacağını bildirib.

Qazprom İxrac aprel ayında satın aldığı Təbii Qaz üçün rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı. GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə