Ukrayna prezidenti Vladimir Zelenski, hər bir rusiyalı hərbçinin xüsusi əməliyyatda iştirakına görə “Ukraynanın cavabını” hiss edəcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, siyasətçinin Telegram kanalında videomüraciəti dərc olunub.
Beləliklə, Ukrayna liderinin sözlərinə görə, hazırda Ukrayna kəşfiyyatı fəal işləyir: “Bizim kəşfiyyatımız hər bir rusiyalı hərbçinin Ukraynanın cavabını hiss etməsinə əmin olmaq üçün mümkün və qeyri-mümkün hər şeyi edir”
Zelenskinin sözlərinə görə, Rusiya ordusunun Krımdan Xarkov bölgəsinə qədər bir dənə də təhlükəsiz bazası olmayacaq. O, Ukrayna Silahlı Qüvvələrinin ruslara məxsus bütün anbar və texnikalarını məhv edəcəyinə söz verib.
Dövlət başçısı Rusiya ordusuna hərəkət üçün iki variant təklif edib. “Bura Ukrayna torpağıdır və onların, yəni rusların yalnız iki yolu var: qaçmaq və ya təslim olmaq. Əks-halda biz onlara başqa yol qoymayacağıq”.
Qeyd edək ki, bu Zelenskinin Rusiya Silahlı Qüvvələrinə etdiyi müraciətdəndir.
Yeri gəlmişkən, avqustun 24-də Zelenski Krım Platformasının beynəlxalq sammitində çıxışı zamanı Krımı istənilən yolla və hətta tərəfdaş ölkələrlə məsləhətləşmədən belə geri qaytaracağına söz verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB