...Hesablama Palatası bu il Rusiya iqtisadiyyatı üçün əsas risklərdən biri kimi inflyasiyanın artımını hesab edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə departamentin birinci yarımillik üzrə federal büdcənin icrasına dair hesabatında deyilir.
Eyni zamanda, sənəddə qeyd olunur ki, mayın əvvəlində pik həddi keçdikdən sonra inflyasiya iyunun sonuna kimi illik ifadədə 15,9 faizə qədər azalıb. Halbuki ilin əvvəlindən bu, 11,4 faiz təşkil edirdi.
Hesablama Palatasında deyildiyi kimi, ilin birinci yarısında Rusiya iqtisadiyyatı kəskin şəkildə artan sanksiya təzyiqinə məruz qalıb. Bu, xarici ticarət axınlarının azalmasına və transformasiyasına, iqtisadi siyasətin dəyişməsinə və bir sıra əsas göstəricilərin ləngiməsinə, ya da azalmasına gətirib çıxarıb.
Bütün bunlara baxmayaraq, departament, bir növ təsəlli kimi, gələcək inkişafın qeyri-müəyyənliyinə baxmayaraq neft qiymətinin kifayət qədər yüksək olaraq qaldığını və rublun mart devalvasiyasından sonra demək olar ki, iki dəfə artdığını da əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB