İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edib?

Bəs, deyirdilər İranın pilotsuz təyyarələrini bəyənməyib...
İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edib?

ABŞ administrasiyası İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarük etdiyini iddia edir.

SİA "Trend"ə istinadən bu barədə xəbərin "TASS" tərəfindən yayıldığını bildirir.

"Rusiya avqust ayında İrandan Mohajer-6 və Shahed seriyalı pilotsuz uçuş aparatlarını (PUA) alıb. Rusiya nəqliyyat təyyarələri İran aerodromunda PUA avadanlığı ilə yüklənib, daha sonra İrandan uçublar. Biz bunu görürük”, - çərşənbə axşamı Ağ Evin mətbuat katibi Karin Jan-Pier bildirib.

O, Pensilvaniyaya səfər edən ABŞ prezidenti Co Baydeni müşayiət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə