Pakistanda ərzaq məhsulları kəskin bahalaşıb

Pakistanda ərzaq məhsulları kəskin bahalaşıb

Pakistanda 1 100 nəfərdən çox insanın ölümü ilə nəticələnən daşqınlar ərzağın bahalaşması ilə nəticələnib.

SİA APA-ya istinadən xəbər verir ki, indiki mövsümdə əsas qida olan göyərti, soğan və pomidorun qıtlığı yaranıb. Pakistan Statistika Bürosunun məlumatına görə, sözügedən məhsullar son 1 həftədə 40 faiz bahalaşıb.

Maliyyə Nazirliyi bildirib ki, hökumət qiymətlərin ucuzlaşması üçün yollar axtarır. Bu məqsədlə Hindistandan böyük həcmdə tərəvəz idxalı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə