Tayvan hərbçiləri ilk dəfə Çin pilotsuz təyyarəsinə canlı atəş açıb
“Arxalı köpək qurd basar”..?

Tayvan hərbçiləri xəbərdarlıqlara baxmayaraq obyekt məhdud hava məkanına daxil olduqdan sonra ilk dəfə Çin Xalq Azadlıq Ordusunun (PLA) pilotsuz uçan aparatına canlı mərmilər atıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yerli KİV-ə istinadən xəbər verir.

Xəbər verildiyinə görə, pilotsuz təyyarə Erdan adasının suları üzərindən qapalı hava məkanına daxil olub, Tayvan silahlı qüvvələri xəbərdarlıq atəşi açıb, lakin obyekt adanın ərazisi üzərində seyr etməyə davam edib. Sonra hərbçilər pilotsuz uçan aparata atəş açıb, və o, dönrək Syamen şəhəri istiqamətində uçub.

Xatırladaq ki, bir müddət əvvəl Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penyuy ABŞ-ın Tayvana silah satışını dayandırması barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə,.. çünki bu, “vahid Çin” prinsipini pozur.

Bir daha xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adasına səfərindən sonra Tayvan ətrafında vəziyyət gərginləşib. Çin bu addımı ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi qiymətləndirərək Pelosinin səfərini pisləyib və genişmiqyaslı hərbi təlimlərə başlayıb.

...Belə görünür ki, Tayvanın tarixində ilk dəfə olaraq Çinin “üzünə qayıtması”...təbii ki, ABŞ-ın onlara verdiyi “dəstəklə” əlaqələndirilməlidir,

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə