Aİ müdafiə və xarici işlər nazirləri qeyri-rəsmi görüşürlər

Aİ-nin dövri mərkəzi Çexiyanın paytaxtı Praqada 30 avqustda qeyri-rəsmi toplantıda ilk olaraq Aİ müdafiə nazirləri bir araya gəlib
Aİ müdafiə və xarici işlər nazirləri qeyri-rəsmi görüşürlər

Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə və xarici işlər nazirləri Rusiyanın hücumuna məruz qalan Ukraynaya dəstək və Aİ-nin Rusiyaya qarşı ata biləcəyi addımları müzakirə etmək üçün ayrı-ayrılıqda görüşür.

Aİ-nin dövri mərkəzi Çexiyanın paytaxtı Praqada 30 avqustda qeyri-rəsmi toplantıda ilk olaraq Aİ müdafiə nazirləri bir araya gəlib. SİA-nın əldə etdiyi məlumata görə, iclasın gündəliyində Rusiyaya qarşı Ukraynaya hərbi dəstək mövzusu olub.

Aİ nazirlərinin görüşündə Ukraynanın müdafiə naziri Oleksii Reznikov da iştirak edir.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusu nümayəndəsi Cosep Borrell görüşdən əvvəl verdiyi açıqlamada yerlərdə vəziyyətin çox pis olduğunu bildirib və Aİ-nin Ukraynaya dəstəyini davam etdirməli olduğunu vurğulayıb.

Toplantıda Ukrayna əsgərlərinin yetişdirilməsi üçün yaradılacaq “Aİ-nin təlim missiyası” da müzakirə olunur.

Görüş qeyri-rəsmi xarakter daşıdığından qərar qəbulu gözlənilmir. Bununla belə, Aİ administrasiyası sonradan rəsmi addımlar atmaq üçün üzv dövlətlərdən siyasi qərar almağa ümid edir.

Müdafiə nazirləri ilə yanaşı, Praqada Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri də görüşəcək. Qeyri-rəsmi toplantının əsas gündəm məsələlərindən biri Rusiya vətəndaşları üçün viza qadağası təklifi olacaq. Xüsusilə, Rusiyaya qonşu olan Baltikyanı ölkələr və bəzi Şərqi Avropa ölkələri Rusiya vətəndaşlarına viza qadağasının qoyulmasını istəyir. Lakin Yunanıstan, Fransa və Almaniya kimi ölkələr bütün Rusiya vətəndaşlarının kollektiv şəkildə cəzalandırılmasının düzgün olmadığını əsas gətirərək qadağaya qarşı çıxırlar. Ancaq 30 və 31 avqust tarixlərində bir vaxt imzalanmış “Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişi”nin dayandırılması ilə bağlı qeyri-rəsmi siyasi qərarın veriləcəyi gözlənilir. Bu qərarla Rusiya vətəndaşlarının Aİ ölkələrindən viza alması çətinləşəcək.

Rusiya vizası üçün də müraciətlərdə daha çox sənəd tələb olunacaq və rüsumlar artırılacaq. Bununla həm də viza prosedurları uzanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə