Slovakiya hərbi dəstək çərçivəsində Ukraynaya 11 MiQ-29 qırıcısı göndərəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu öz Teleqram kanalında ukraynalı deputat Aleksey Qonçarenko deyib.
“Slovakiya öz döyüşçüləri ilə belə vidalaşır... Quşlarımızla tanış olun! 11 təyyarə”. “RİA Novosti “qırıcıların uçuşu ilə videonun altında deputatın imzasını sitat gətirir.
Maraqlıdır ki, Slovakiya Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nad “SIAF 2022” beynəlxalq aviaşousundan sonra ölkəsinin Kiyevə təhvil veriləcək MiQ-29 təyyarəsi ilə rəsmən vidalaşacağını bildirib.
Bu arada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsveçə yeni hərbi yardım paketinə görə təşəkkür edib.
Xatırladaq ki, bir gün əvvəl İsveçin baş naziri Maqdalena Andersson krallığın Ukraynaya təxminən 100 milyon dollarlıq yeni hərbi və iqtisadi yardım paketi təqdim etdiyini açıqlamışdı.
Qeyd edək ki, ğtən gün Ukraynada vəziyyət in elə də yaxşı olmadığını bəyan edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Avropa İttifaqı ölkələrinin Kiyevə hərbi yardım göstərməyə davam edəcəklərini bildirib.
...Ukraynanın bizim köməyimizə ehtiyacı var və biz onu hərbi vasitələrlə təmin etməyə davam edəcəyik, deyən Borrell Ukrayna ordusunun təlimi üçün yüksək rütbəli missiyanın yaradılması ideyasını müzakirə etməyi təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB