İranda sutka ərzində koronavirusdan 44 nəfər ölüb

İranda sutka ərzində koronavirusdan 44 nəfər ölüb

İranda ötən sutka ərzində 1 871 nəfər koronavirusa (COVID-19) yoluxub, 44 nəfər ölüb.

SİA-nın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 143 820 nəfərə çatıb, yoluxanların sayı isə 7,52 milyondan çoxdur. Virus daşıyıcılarından 1 104 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,29 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 154 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,7 milyon təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə