Bosniya və Herseqovinada keçən il 2775 əcnəbi işçiyə iş icazəsi verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəyə ən çox işçinin Serbiya, Türkiyə, Xorvatiya və Çindən gəldiyi bildirilir. Cari ilin birinci yarısında isə 1270 əcnəbi iş icazəsi alıb.
Əmək və Məşğulluq Agentliyi ölkədə işçi qüvvəsi çatışmazlığının olmadığı açıqlayıb. Son illərdə iş icazəsi verilən əcnəbi işçilərin sayında ciddi dəyişiklik olmadığı da qeyd edilib.
Bildirilib ki, ötən ilə qədər əcnəbilərə daha çox ticarət sektorunda iş icazəsi verilirdisə, bu il tikinti sektorunda çalışan əcnəbi işçilərin sayında artım müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB