"...Ruslar müvəqqəti olaraq işğal etdikləri Berdyanskda 800 nəfərə Rusiya Federasiyası vətəndaşlığının pasportlarını paylayıblar”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaratdığı “Müqavimət” saytı məlumat yayıb: “Belə “uğursuz” məlumatlar iyuldan avqustun sonuna qədər olan dövr üçün verilir”.
“...Qeyd edək ki, müharibədən əvvəl şəhərdə 113 minə yaxın insan yaşayırdı ki, onların da 88 mini böyüklər olub. Yəni iki ay ərzində sakinlərin yüzdə birindən az hissəsi Rusiya pasportu alıb. Bu cür rəqəmlər işğalçılara yerli dəstəyin səviyyəsini ən yaxşı şəkildə nümayiş etdirir”. Bunu Ukrayna tərəfi bildirir.
O da qeyd olunur ki, ruslar işğal olunmuş yaşayış məntəqələrinin sakinlərini pasportlaşdırmaqla təcavüzkar müharibəni “qanuniləşdirməyə” çalışırlar.
Xerson vilayəti dövlət administrasiyasının sədri Yaroslav Yanuşeviçin verdiyi məlumata görə, rus işğalçıları pasport məlumatları üçün Xerson vilayətinin sakinlərinin “səslərini” almağa çalışırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB