...Yenə həməşəki giley-güzar, yenə əvvəlki “xox” gəlmələr.
Ermənilər bu dəfə yazırlar ki,.. az qalıb. Guya hər şey öz yerini alacaq. Ermənistanı bu rəzil günə saldıqlarına görə, Serjik Sarkisyanı da, Robert Koçaryanı da, hətta o vaxtlar onlara quyruq bulayanları da tutub damlayacaqlar. Çünki onlar vaxtilə “dünyada böyük hörmətə” sahib olan Ermənistanı hörmətdən salıblar. Ona görə də, indi heç bir dövlət Ermənistanı saymır.
Ermənilərə görə, belələri, yəni Serjik, Robert kimiləri... milli mənliklərini itirənlərdir.
Deyirəm, icazə verək, ardını ermənilər özləri desinlər: “...Amma bizim qədim xalqımız onsuz da gec-tez yenidən doğulacaq. Əvvəllər bizdə buna bənzər vəziyyətlər olub, lakin hər dəfə sağ qalmağı bacarmışıq. Biz indi də sağ qalacağıq. Biz nəinki sağ qalacağıq, hətta nəyin bahasına olursa olsun, bu gün bizə hörmətsizlik edib, bizi dövlət yerinə qoymayan dövlətləri də bizə hörmət etməyə məcbur edəcəyink”.
Təbii ki, ermənilərin bu tipli sayıqlamalarını eşidən hər kəsdə az qala “qolunuza çöpdən dirək” deyib, “uğurlar” arzulamaqdan başqa bir yol qoymurlar.
Amma, deyim ki, ermənilərin bu sərsəmləmələri mənə folklorumuzdakı çoxsaylı rəvayətlərdən birini xatırlatdı. Deyirəm, bəlkə də eşitmis olarsınız və əgər eşiməyibsinizsə, deyim, Siz də hali olun.
Beləlklə, deyilənə görə, köhnə əyyamlarda biri al-verlə, yəni bugünkü deyimlə desək, gələcəkdə böyük biznes qurmaq arzusuyla...hələlik isə kiçik bizneslə məşğul olmaq istəyir. Cox götür-qoydan sonra süd alıb ondan qatıq hazırladıb satmaq qərarına gəlir.
İlk əvvəl vəsaitinin az olduğundan, aldığı südə evdə cəmi 7 və ya 8 qab qatıq hazırlada bilir və onları da böyük bir tabağa yığıb qaldırıb qoyur başına.
Və üz tutur bazara. Bazarın da yolu yaxın deyilmiş deyə, başlayır, bu günkü satacağı qatıqdan gələcək qazancını hesablamağa. Təbii ki, satacağı qatıq az olduğu üşün qazanacağı vəsaitin də hələlik az olacağını ürəyinə salıb dərd etməmək üçün özünə təsəlli verir.
Belə ki, ürəyində özü üçün danışan “gələcək biznesmen”, bugünkü qatığı satıb puluna sabah bir az artığını, o biri gün ondan da artığını alarcağını...ha, belə-belə “pullanıb” əyalətdə tanınıb seçilənlərdən biri olacağını düşünür.
...Deməli bundan sonra hamı da onu görəndə baş əyəcək ... bax belə, deyərək başındakı tabağı unudaraq özü-özünə baş əymək istəyir.
...Və başına qoyduğu tabaqdakı qatıqlar yerlə bir olur.
Hə, indi deyirəm, görən, o vaxt ermənilər südə mayanı necə vurub qatıq hazırlamağı bizdən oğurlamayıblar ki..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB