ABŞ-ın Oreqon ştatında supermarketə silahlı hücum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 3 nəfər həyatını itirib. ABŞ mətbuatı yaralıların da olduğunu açıqlayıb.
Hadisə Oreqon ştatının paytaxtı Salemdən 210 kilometr cənub-şərqdə, Descutes çayı üzərində kiçik şəhər olan Benddəki Forum Mall-da supermarketdə baş verib.
Qeyd edək ki, ölənlər arasında şübhəli şəxs də var. Polis şübhəlinin ticarət mərkəzinin arxa qapısından içəri girdiyini və qərb girişinin yaxınlığında ən azı bir nəfəri güllələdiyini, daha sonra supermarketə tərəf getdiyini və hücumu davam etdirdiyini bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB