Zelenski Donbası geri alacağına söz verib

Zelenski Donbası geri alacağına söz verib

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna hazırda demək olar ki, tamamilə Rusiya qüvvələri tərəfindən ələ keçirilən Donbas şəhərini geri alacaq.
V.Zelenski bazar günü (28 avqust) axşam etdiyi növbəti çıxışında deyib: "Biz heç bir şəhərimizi və insanlarımızı unutmamışıq və unutmayacağıq. Hazırda Donbas Rusiyanın hücumları ilə demək olar ki, məhv edilib, viran qalıb. Qürurlu və şanlı ukraynalı Donetsk Rusiya işğalı tərəfindən alçaldıldı və qarət edildi. Ancaq Ukrayna qayıdacaq. Donbass xalqının etibarı geri qayıdacaq. Təhlükəsiz və xoşbəxt yaşamaq fürsəti geri qayıdacaq”.

SİA-nın əldə etdiyi məlumata görə, keçən ay Ukraynanın bir sıra yüksək rütbəli rəsmiləri ölkə ordusunun Xerson şəhərini geri almaq üçün ölkənin cənubunda əks hücuma keçəcəyini irəli sürmüşdü.

Qeyd edək ki, Rusiya fevralın 24-də Kiyevin Donetsk və Luqansk bölgələrinə Ukrayna dövləti tərkibində xüsusi status verilməsini nəzərdə tutan Minsk razılaşmalarını yerinə yetirmədiyini əsas gətirərək Ukraynaya hücum etdi.

2022-ci ilin fevralında Kreml qondarma Donbass respublikalarını müstəqil dövlətlər kimi tanıdı və Ukraynadan özünü rəsmi olaraq heç bir Qərb hərbi blokuna qoşulmayacaq neytral ölkə elan etməsini tələb etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə