...Ukraynanın cənubda ukraynalı müdafiəçilər bir gündə rus işğalçılarının “Uraqan MLRS” və “Pantsir-S1” zenit-raket kompleksini məhv ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Cənub” əməliyyat komandanlığının xülasəsində deyilir.
“...Düşmən işğal etdiyi müdafiə xətti boyunca döyüş əməliyyatlarını davam etdirir. Tərkibində və mövqeyində heç bir dəyişiklik yoxdur. O, gün ərzində iki dəfə Vısokopoliya - Potemkino istiqamətində hücum əməliyyatları keçirməyə cəhd edib. Amma uğur qazana bilməyiblər. Düşmən, itki verərək geri çəkilib.Eyni zamanda rus helikopterləri və hücum təyyarələri təmas xətti boyunca 3 dəfə mövqelərimizə hücum edib”.
“...Bizim aviasiyamız isə Novovoznesenski, Blaqodatovka, Novopetrovka, Lyubomirovka, İvanovka, Vavilovo ərazilərində cəmləşən rus istehkamlarına və düşmənin canlı qüvvəsinə, silah-sursat və texnikasının toplandığı ərazilərə 8 dəfə zərbə endirib.
...Qeyd edək ki, bunu Ukrayna tərəfi bildirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB