...ABŞ və müttəfiqləri Əfqanıstandan çıxdıqdan sonra Əfqanıstanda iqtisadi vəziyyət xeyli pisləşib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu BMT-nin Əfqanıstandakı humanitar koordinatoru Ramiz Ələkbərov bildirib.
Onu sözlərinə görə, hazırda ölkədə “işləyən bank sistemi yoxdur, işləyən, yaxşı əlaqəli iqtisadiyyat yoxdur. Hər şey kəsilir. Bu baxımdan ölkədə tənəzzül gedir”.
Qeyd edək ki, “RİA Novosti” onun bəyanatından sitat gətirir.
Ələkbərov onu da bildirib ki, ölkədə iqtisadi fəallığın və baza iqtisadiyyatının olmaması humanitar sektorun yükünü artırır. Eyni zamanda, Əfqanıstanda beynəlxalq iştirak bir il əvvəlki ilə müqayisədə xeyli azalıb.
Yəni xarici yardımın həcmi xeyli azalıb. Təbii ki, bütün bu amillərə görə ölkədəki vəziyyət əvvəlki illə müqayisədə xeyli pisləşib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB