“Ericsson” da ruslara “əlvida” dedi...

“Ericsson” da  ruslara “əlvida” dedi...

İsveçin mobil rabitə şəbəkələri üçün avadanlıq təchizatçısı “Ericsson” şirkəti Rusiyadan tamamilə çıxmaq qərarına gəlib.

‘Telekommunikasiya bazarındakı mənbələrə istinad edən “Kommersant” nəşri, şirktin ilin sonuna qədər Rusiyadakı fəaliyyətini məhdudlaşdıraraq, işçilərini işdən çıxaracağını bildirir.

SİA-nın əldə etdiyi məlumata görə, “Ericsson” şirkəti bu məlumatı təsdiqləyib və qeyd edib ki, onlar “müştərilər qarşısında öhdəliklərini yerinə yetirdikləri üçün” fəaliyyətlərini məhdudlaşdıracaqlar.

Şirkət işçilərə “maliyyə və sosial” dəstək göstərəcəyini də vəd edib. Xatırladaq ki, “Ericsson” Ukraynada hərbi əməliyyatlar başlayandan 4 gün sonra Rusiyaya avadanlıq tədarükünü dayandırıb, apreldə isə ölkədə fəaliyyətin dayandırıldığını elan edərək işçilərini ödənişli məzuniyyətə göndərmişdi.

Qeyd edək ki, “Ericsson” Finlandiyanın “Nokia” çirkəti ilə birlikdə Rusiyada mobil şəbəkələr üçün avadanlıqların ən böyük tədarükçüsü idi.

“Kommersant”ın bazardakı mənbələrinə görə, Finlandiya şirkətinin payı 30-40 faiz, “Ericsson”un payı isə təxminən 20 faiz olub.

Onu da bildirək i, İsveç şirkəti Rusiyaya 140 il əvvəl gəlmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə