Fransanın En departamentindəki fermalardan birində quş qripi ocağı aşkar edilib.
SİA APA-ya istinadən xəbər verir ki, fermada ördəklərin kütləvi ölümü veterinarlarda şübhə yaradıb. Ölmüş quşların müayinəsi zamanı onların H5N1 virusuna (quş qripi) yoluxduğu məlum olub.
Bundan sonra ferma izolyasiya olunub, buradakı 12 min başadək quş məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB