Hərbi mütəxəssislərdən təəccüb dolu etiraf: bu gözlənilən deyildi?

Hərbi mütəxəssislərdən təəccüb dolu etiraf: bu gözlənilən deyildi?

Bu, ukraynalıların çoxdan gözlədikləri dönüşdürmü?

Belə ki, mütəxəssislərin fikrincə, Ukrayna ordusu gözlənilməz üsullarla silah və texnikadan istifadə edərək müharibədə böyük uğur qazanmaqdadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New York Times”da yer alan materialda da etiraf edilib.

ABŞ müdafiə ekspertləri və rəsmilərinin fikrincə, aprel ayında Qara dənizdə Rusiyanın flaqmanı “Moskva” gəmisinin batmasından tutmuş bu ay Krımdakı Rusiya aviabazasına edilən hücuma qədər,.. Ukrayna qüvvələri ABŞ və digər ölkələrdən alınan silahlardan gözlənilən şəkildə istifadə edərək..."ruslara qan uddururlar"

Məsələn, Ukrayna qüvvələri raketləri yük maşınlarına quraşdıraraq daha sürətli şəkildə hərəkət edirlər. Ukrayna Silahlı Qüvvələrinin dənizdəki döyüş qabiliyyəti isə yüksəksürətli qayıqlarda raket sistemlərinin quraşdırılması ilə daha da artırılıb.

Bu arada Pentaqonun yüksək rütbəli rəsmisi Ukrayna qüvvələrinin ABŞ-ın verdiyi HARM raketlərini Sovet MiQ-29 qırıcılarına quraşdırdıqlarını bildirib. Qeyd edək ki, bunlar əvvəllər heç vaxt edilməmiş hallardır, amma verdiyi effekt göz önündədir.

Qeyd edək ki, bərbi mütəxəssisləri təəccübləndirən başqa nüanslardan biri də, Ukrayna ordusunun Türkiyə istehsalı olan “Bayraktar”ları aşağı sürətli hücumla Rusiya hədəflərini məhv etməkdə davam etdirmələridir.

Maraqlıdır, hər gün rus telekanallarında Rusiya hava hücumundan müdafiə sistemlərinin dünyada alternativi olmadığını deyən rus səlahiyyətliləri, hələ də cəmi 128 km/saat sürətlə uçan dronlara qarşı acizdirlər. O da maraqlıdır ki, bununla bağlı ABŞ hərbi rəsmiləri çaşqınlıqlarınımı deyim, təəccüblərinimi deyim...heç cür gizlədə bilmirlər.

Mütəxəssislər, həmçinin, Ukraynanın mühəndis ixtiraçılığının Rusiyanın hücumunun ləng, tələskən, doktrinal xarakteri ilə kəskin şəkildə ziddiyyət təşkil etdiyini deyirlər.

Yeri gəlmişkən, son günlər hətta jurnalistlərin də, Krımda Rusiyanın hərbi obyektlərinə çoxsaylı hücumları ukraynalıların bacarığının nümunəsi kimi təqdim etməyə başlayıblar.

Məsələn, avqustun 9-da Saki aerodromuna hücum. Maraqlıdır ki, ABŞ rəsmiləri Ukraynanın bununla bağlı Amerika və digər Qərb müttəfiqlərinə əvvəlcədən xəbərdarlıq etmədən zərbə endirdiklərini deyirlər.

Bundan əlavə, Ukrayna xüsusi təyinatlıları və partizanları zərbələr zamanı əldəqayırma silahlardan, partlayıcılardan və taktikalardan ruslara qarşı məharətlə istifadə edirlər.

Bu arada keçmiş Pentaqon rəsmisi Mick Mulroy Ukrayna ordusunun Krım yarımadasındakı son hərəkətlərini müharibənin yeni mərhələsinə yönəliyin işarəsi adlandırıb.

Məsələ bundadır ki, Rusiyanın təhlükəsiz hesab etdiyi zonada, yəni Krımda ukraynalılar artıq onları sıxışdırmağa başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə