Bunu Avropa diplomatiyasının rəhbəri Xosep Borrel təklif edir
Rus oliqarxlara viza verilsin!

Avropa diplomatiyasının rəhbəri Xosep Borrel Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirlərinin Çexiyada keçiriləcək qarşıdakı görüşündə, nazirləri bütün ruslara viza verilməsinə qadağa qoyulmasını yekdilliklə təsdiq etdirməyə cətinlik çəkəcəklərini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” yayıb.

Beləliklə nəşrin məlumatına görə, Borrell “Rusiya mülki əhalisi ilə münasibətlərin kəsilməsinin kömək etməyəcəyini” təklif edib. Lakin o qeyd edib ki, Avropa İttifaqı səlahiyyətliləri bəzi Rusiya vətəndaşlarının, xüsusən də rus oliqarxlarının viza alma üsullarına yenidən baxmalıdırlar.

Avropanın baş diplomatına görə, bu işdə daha seçici olmaq lazımdır.

Xatırladaq ki, avqustun 30-dan 31-dək Praqada Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək və burada digər məsələlərlə yanaşı, ruslara turist vizalarının verilməsinin məhdudlaşdırılması məsələsi də müzakirə olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə