3 gəminin Ukraynadan çıxışına icazə verilib

3 gəminin Ukraynadan çıxışına icazə verilib

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından daha 3 gəminin çıxışına icazə verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb.

Gəmilərin ümumi yükü təxminən 73 000 tondur. Onlar Türkiyə, Rumıniya və Misirə taxıl və qarğıdalı daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə