ABŞ vətəndaş müharibəsi astanasında ola bilər. Ölkə əhalisinin çoxu bunu qaçılmaz və hətta zəruri hesab edir.
SİA TASS-ın məlumatına istinadən xəbər verir ki, bu fikri “The Washington Post” nəşrinin baş redaktoru Mark Fişer qəzetin çap variantında dərc olunan köşə yazısında bildirib.
Müəllifin fikrincə, ABŞ bu gün 1861-ci ildə olduğu kimi vətəndaş müharibəsinin astanasındadır. Bir çox siyasətçi, həm Demokratlar, həm Respublikaçılar, həm də hər iki düşərgənin tərəfdarları, hamısı, Fişerin fikrincə, “bu gün vətəndaş müharibəsinin ya qaçılmaz, ya da zəruri olduğu fikri ilə razılaşırlar”.
Nəşr redaktoruna görə, bu gün ABŞ-da FTB agentlərinə, hakimlərə, seçilmiş məmurlara qarşı təhdid dalğası, eləcə də radikallar üçün təlim düşərgələri, amerikalıların münaqişə gözləntilərini göstərən sorğular, ümumilikdə ekstremizmin böyüməsi və digər qorxulu əlamətlərdən danışırlar.
Maraqlıdır ki, Amerikanın hakimiyyətə olan inam və ümidinin itirildiyini bildirən Fişer, qəribə də olsa, ABŞ vətəndaşlarının daha çox silah almağa başladığı barədə məlumat verir.
Qeyd edilməlidir ki, ölkədəki vətəndaş müharibəsi ehtimalından danışan qəzet redaktoru, sonradan nədənsə, “...vətəndaş müharibəsi ehtimalı mövcud olsa da, onun “indiki qarışıqlıqdan” doğulacağını təsəvvür etmək hələ ki, çətindir”-deyə bildirir.
O da maraqlıdır ki, rus saytları, oxşar fikirlərin bundan əvvəl “The Guardian”da da yer aldığını xatırladırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB