Rusiya Macarıstanda iki yeni nüvə reaktoru inşa edәcәk

Bu barәdә Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto açıqlama verib.
Rusiya Macarıstanda iki yeni nüvə reaktoru inşa edәcәk

Rusiya Macarıstanda iki yeni nüvə reaktoru inşa edәcәk.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto açıqlama verib. Peter Siyatro Rusiyanın dövlət atom enerjisi agentliyinin (ROSATOM) qarşıdakı həftələrdə Macarıstanda iki yeni nüvə reaktorunun tikintisinə başlayacağını bildirib.

Rәsmi feysbuk sәhifәsindә paylaşım edәn Macarıstan xarici işlәr naziri “Tikinti başlasın” ifadəsini işlәdib. O, bunun vacib bir addım olduğunu vurğulayıb və bu yolla Macarıstanın enerji təhlükəsizliyinin uzunmüddətli perspektivdə təmin ediləcəyini bildirib.

Siyarto reaktorların 2030-cu ilə qədər istismara hazır olacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə