Rusların qələbəsinə mane olan onların “humanistliyi” imiş...

Rusların qələbəsinə mane olan onların “humanistliyi” imiş...

...Elə bu arada Çeçenistan rəhbəri Ramzan Kadırovdan yeni göstəriş gəlib. SİA-nın əldə etdiyi məlumata görə, Ramzan bunu Telegram kanalında bildirib.

Deməli, Ramzan bütün Rusiya hərbçilərinin gücləndirilmiş xidmət versiyasına keçməsini əmr... yox-yox, hələlik təklif edib.

Bu günlərdə Çeçenistandakı güc bölmələrinin komandirləri ilə görüşən Ramzan, xüsusi əməliyyat başa çatana qədər məzuniyyətdən söhbət belə getməyəcəyini onlara anladıb.

“... Düşünürəm ki, istər Milli Qvardiyadan, istər Müdafiə Nazirliyindən, istərsə də Daxili İşlər Nazirliyindən tutmuş bütün hərbçilərin xidmətinin gücləndirilmiş versiyasına keçmək lazımdır”.

Bunu da Ramzan əmr... yox-yox, dediyim kimi, hələlik təklif edib.

Kadırov xatırladıb ki, Rusiya ordusu NATO-nun səxavətlə pul və silahla dəstəklədiyi Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşür. Yəni Rusiya tək, amma NATO filan qədər...və bundan əlavə alyans silah sursat adı altında hələ bir ukraynalılara canlı qüvvə də ötürür.

Amma bütün bunlara baxmayara, Kadırovun görə, Rusiya hərbçilərinin Ukraynadakı vəzifəsi dəyişməyib.

Yəni ruslar Ukraynadakı mülki əhalinin nə burnunun qanamasına, nə də hansısa bir binanın şüşəsinin sınmasına razı olmaq istəmirlər. Onlar ölkədəki infrastrukturun dağılmasından da qaçmağa çalışırlar.

...Yəni Kadırovun dediyindən belə başa düşülür ki, bu gün rusların Ukraynadakı qələbəsinə mane olan...sən demə, məhz onların həddən artıq “humanist” olmalarıdır.

...Belə ki, bu gün onlar raket atdıqları Ukrayna ərazisində adi bir qarışqanın ölümünə belə razı olmaq istəmirlər...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə