Baş Qərargah səlahiyyətlisinin “BMW”-si yandırılıb

Baş Qərargah səlahiyyətlisinin “BMW”-si yandırılıb

Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Yevgeni Sekretarevə məxsus “BMW” markalı avtomobili yandırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Baza Telegram kanalı yazır.

Beləliklə, Leninqrad şossesində evlərin birinin həyətində avtomobil yanıb. Avtomobilin ə n çox arxa hissəsi zərər çəkib.

Qeyd edək ki, avtomobili yandırmaqda şübhəli bilinəni də çox axtarmaq lazım gəlməyib. Belə ki, “yoldan keçən” bir qadın saxlanılıb.

Nəşrin mənbələrinə görə, o, CBO-ya qarşı olduğunu, buna görə də maşının baqajına benzin tökərək yandırdığını bildirib.

Qeyd edim ki, SVO Ukraynada “Xüsusi Hərbi Əməliyyat” sözünün abbreviaturasıdır, Rusiya hakimiyyət orqanlarının 2022-ci ildə Ukraynaya müdaxiləsinə işarə etmək üçün istifadə etdiyi evfemizmdir...

O da qeyd olunur ki, Yevgeni Sekretarev hərbi senzuraya cavabdeh olan və Rusiya qoşunlarının fəaliyyəti ilə bağlı dezinformasiyaları aşkar edən Baş Qərargahın 8-ci İdarəsində işləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə