Braziliyanın ilk imperatoru I Dom Pedronun mumiyalanmış ürəyi ölkənin Portuqaliyadan müstəqilliyini elan etməsinin 200-cü ildönümü şərəfinə paytaxt Braziliyaya aparılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Formaldehidlə doldurulmuş şüşə butulkada saxlanılan ürək Portuqaliyadan hərbi təyyarə ilə Braziliyaya aparılıb. Xarici İşlər Nazirliyində ictimaiyyətə nümayiş etdirilməzdən əvvəl hərbi mərasimlə təhvil veriləcək ürək Braziliyada qalmayacaq.
O, Müstəqillik Günü qeyd etmələrindən sonra Portuqaliyaya geri göndəriləcək. Ürək üçün top atəşi və dövlət başçılarının rəsmi səfərlərinə hərbi parad tam şəkildə keçiriləcək. Dom Pedronun bəstələdiyi Braziliyanın Dövlət Himni də oxunacaq.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB