NATO-nun gizli sənədləri sızdırıldı

NATO-nun gizli sənədləri sızdırıldı

NATO “MBDA Missile Systems” şirkətinin məlumatlarının, o cümlədən məxfi hərbi məlumatların haker qrupu tərəfindən satışı ilə bağlı araşdırmaya başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hakerlər tərəfindən ələ keçirilən və satılan məlumatlar arasında Ukrayna müharibəsində istifadə edilən NATO silahlarının dizaynları da var.

MBDA onların məlumatlarının oğurlandığını təsdiqləyib, lakin məxfi hərbi sənədlərin heç birinin onlara aid olmadığını açıqlayıb. Mövzu ilə bağlı danışan bir NATO sözçüsü "Hər hansı bir NATO şəbəkəsinin pozulduğuna dair heç bir əlamət yoxdur",- dedi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə