Rusiya satmadığı təbii qazı yandırır

Rusiya satmadığı təbii qazı yandırır

Avropa enerji xərcləri ilə sıxışdığı halda, Rusiya saxlaya bilmədiyi artıq qazı yandırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Finlandiya sərhədi yaxınlığındakı obyektdə hər gün Almaniyaya gedəcək 10 milyon dollarlıq təbii qaz məhv edilir.
Rusiya Sankt-Peterburqdan şimal-qərbdə yerləşən Portovayadakı yeni mayeləşdirilmiş qaz zavodunda hər gün 4,34 milyon kubmetr qaz yandırır. Bu məbləğin bazar dəyəri 10 milyon dollar olaraq hesablanır. Vəziyyət ilk dəfə yayın əvvəlində sərhəd bölgəsində yaşayan finlərin üfüqdə sönməz alov gördükləri zaman müşahidə olundu.
İnkişafdan sonra tədqiqatçılar obyektdən yayılan istiliyin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. Alovlar peyk fotolarında da əks olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə