Avropa aclıq və soyuqdan qırılacaq?

Avropa aclıq və soyuqdan qırılacaq?

Çexiyanın ədliyyə naziri Pavel Blajek enerji qiymətlərinin artmasının Avropa İttifaqında inqilaba səbəb ola biləcəyini irəli sürüb. O, 1989-cu ildən bəri Çexiyada belə hallarən yaşanmadığını bildirib.

Nazir hökumətin enerji böhranını həll etməyəcəyi təqdirdə, tezliklə hakimiyyətini itirəcəyini də istisna etməyib.

“iDNES.cz” portalının məlumatına görə, Blajek həmçinin bildirib ki, enerji qiymətləri ilə bağlı problemin həllinin tapılmaması inqilaba səbəb ola bilər. “Avropa səviyyəsində böhranın həlli tapılmasa, o zaman Avropa İttifaqı təhlükə altında olacaq”, - deyə o, yekunlaşdırıb.

Avqustun 22-də Avropa İttifaqı və NATO enerji və ərzaq böhranları, eləcə də iqtisadi tənəzzüllə əlaqədar Ukraynaya dəstək sazişinin mümkün iflasından ehtiyat etdiklərini bildirmişdilər. Qeyd edək ki, bu fikri Luke McGee bildirib. Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ölkələrinin liderlərini ən çox qarşıdan gələn qış narahat edir, yəqin ki, Rusiya qazı olmadan da dözməli olacaqlar.

Avqustun 19-da isə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ-ın Avropanı “aclığa, soyuğa və təcridə” məhkum etdiyini bildirmişdi.

O, anomal istilik səbəbindən bu il Avropada məhsulun ötən illə müqayisədə 20 faiz az olacacaöını da “onlara xatırlatmışdı”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə