Avropa silah sarıdan tükəndiyini deyir...

...Amma Qərb ölkələri Rusiya Federasiyasının Donbassı qorumaq üçün keçirdiyi xüsusi əməliyyat çərçivəsində Kiyevə dəstək verirlər
Avropa silah sarıdan  tükəndiyini deyir...

ABŞ-ın Müdafiə Nazirliyi Ukrayna üçün NASAMS zenit-raket komplekslərinin alınması üçün “Raytheon” şirkəti ilə 182 milyon dollarlıq müqavilə imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Pentaqonun saytında bildirilir.

Avqustun 24-də ABŞ prezidenti Cozef Bayden Ukrayna üçün ən böyük təhlükəsizlik tranşı olan 3 milyard dollarlıq hərbi yardım vəd edib. Bununla belə, Pentaqonun Kiyevə yeni paketin bir hissəsi kimi gedəcək silahları istehsal etməyə hələ vaxtı olmadığı da bildirilir.

Qeyd edək ki, ABŞ artıq Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına da icazə verib.

Amma Avropa deyəsən “cığallıq” etməyə başlayıb. Belə ki, dünənə qədər Ukraynaya silah tədarük edən Avropa ölkələrinin bəziləri artıq Kiyevə silah tədarükü ilə bağlı tükəndiklərini deyirlər.

Qeyd edilməlidir ki, bütün bu deyilənlərə baxmayaraq, Qərb ölkələri Rusiya Federasiyasının Donbassı qorumaq üçün keçirdiyi xüsusi əməliyyat çərçivəsində Kiyevə dəstək verməkdə davam edirlər.

...Və avqust ayında ABŞ Ukraynaya HIMARS MLRS üçün döyüş sursatı da daxil olmaqla əlavə 1 milyard dollarlıq hərbi yardım vermək qərarına gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə