"2024-cü ilin payızına qədər Rusiya qazından qurtulacıq"

"2024-cü ilin payızına qədər Rusiya qazından qurtulacıq"

İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin 2024-cü ilin payızına qədər Rusiya təbii qazından asılılığı tamamilə aradan qaldıracağını bildirib, bunun milli təhlükəsizlik üçün əsas hədəf olduğunu vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, o qeyd edib ki, bunun üçün İtaliyanın yeni təbii qaz təchizatı layihələrinin nəzərdə tutulan müddətdə tamamlanması vacibdir.

Mario Draqi tədbirdəki çıxışında 24 fevraldan bəri davam edən Ukrayna-Rusiya müharibəsi ilə artan enerji probleminə toxunub.

O qeyd edib ki, İtaliyanın yeni təbii qaz təchizatı layihələri nəzərdə tutulan müddətdə tamamlanarsa, 2024-cü ilin payızından etibarən onlar Rusiya qazından tamamilə müstəqil olacaqlar:

“Bu, milli təhlükəsizlik üçün fundamental məqsəddir, çünki Rusiya təbii qazdan Ukrayna və onun avropalı müttəfiqlərinə qarşı geosiyasi silah kimi istifadə etməkdən çəkinmir”.

"Əlcəzairdən Azərbaycana tədarükün artırılması üçün yeni sazişlər bağladıq. Ötən il təbii qaz idxalımızın 40 faizi Rusiyadan olub. Bu il orta hesabla iki dəfə azalıb", -deyə M.Draqi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə