Türkiyə ordusu Suriyanın şimalında 8 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 8 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında "Fərat Qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatı zonalarını atəşə tutmağa cəhd edərkən YPG-nin (PKK-nın Suriya qanadı) 8 silahlısını zərərsizləşdirib.

SİA Trend-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilata görə həlak olub.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi də PKK-nı terror təşkilatı kimi tanıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə