II Elizabet Baş nazirin istefasını Londondan kənarda qəbul edəcək

II Elizabet Baş nazirin istefasını Londondan kənarda qəbul edəcək

Böyük Britaniya kraliçası II Elizabet səhhətinə görə Baş nazir Boris Consonun istefasını Londonda qəbul etməyəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə The Sun nəşri məlumat yayıb.

96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək baş naziri də burada qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə