Paşinyan Ermənistanın dövlət borcunu 45,2 faiz artırıb

Paşinyan Ermənistanın dövlət borcunu 45,2 faiz artırıb

2020-ci il iqtisadi böhranının nəticələrini yumşaltmaq və siyasi problemləri həll etmək üçün Ermənistan hökuməti dövlət borcunu artıraraq 9,97 milyard dollara çatdırıb.

SİA-nın əldə etdiyi məlumata görə, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar və ya 16% artdığı halda, cari ilin yanvar-iyul aylarında bu rəqəm 748,36 milyon dollar təşkil edib

Hazırkı hökumət isə dövlət borcunu 3,1 milyard dollar və ya 45,2% artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə