NATO Krımda hərbi baza tikəcək!?

NATO Krımda hərbi baza tikəcək!?

Ukrayna müdafiə nazirinin keçmiş müavini, Müdafiə Strategiyaları Mərkəzinin sədr müavini Alina Frolova Kiyevin Krımda NATO bazası tikmək planlarını açıqlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Frolovanın sözlərini “RİA Novosti” yayıb.

Ukrayna hakimiyyəti öz ərazisində NATO bazalarını yerləşdirmək üçün Krımı ələ keçirmək istəyir-deyən Frolova Krımın Avropa İttifaqı və NATO ilə əməkdaşlığa, o cümlədən hərbi fəaliyyətə açıq olmasını təklif edib. Əslində bunu Frolovanın timsalında Ukraynanın istəyi kimi də başa düşmək olar.

Sədr müavininin sözlərinə görə, yarımada Qara dənizdə təhlükəsizliyə nəzarət üçün strateji baxımdan ən əlverişli tramplindir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Krımın Rusiya prezidenti yanında daimi nümayəndəsi, Krım hökumətinin baş nazirinin müavini Georgi Muradov ABŞ-ın Ukraynanın yarımadaya qarşı hərbi təxribatlarının güclənməsini qanuniləşdirmək niyyəti barədə xəbərdarlıq etmişdi. Siyasətçinin fikrincə, məhz bunun üçün alyansın baş katibi Yens Stoltenberq “öz himayədarlarını NATO qamçıları ilə Krımın işğaldan azad edilməsi üçün beynəlxalq platformanın görüşünə fəal şəkildə aparır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə