Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb.
Türkiyənin TRT kanalının “Russia Legal Information” internet portalına istinad etdiyi xəbərə görə Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl, 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB