Peru "Repsol" şirkətindən təzminat istəyir

Peru "Repsol" şirkətindən təzminat istəyir

Yanvar ayında Perunun paytaxtı Limada baş verən böyük neft sızıntısı dənizi çirkləndirib və sahil zolağının qara rəngə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu hadisədən sonra ölkənin istehlakçı hüquqlarının müdafiəsi agentliyi Indecopi İspaniyanın enerji şirkəti "Repsol"u məhkəməyə verib.

Indecopi şirkətdən ətraf mühitə dəyən ziyana görə 3 milyard dollar, bölgədəki insanlara isə 1,5 milyard dollar ödəməsini istəyib. Sızmanın yanvarın 15-də İtaliyanın Mare Doricum tankerinin "Repsol"un La Pampilla neft emalı zavodunda boşaldılması zamanı baş verdiyi güman edilir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə