Almaniya gələcəkdə ətraf mühitə yararlı olan nəqliyyat variantları üçün layihələr hazırlayan ölkələrdən biridir. SİA xəbər verir ki, Hidrogenlə işləyən sərnişin qatarı parkı dünyada ilk dəfə olaraq Bremervördedə səfərə çıxacaq.
Qatarlardan beşi bu gün ilk səfərlərinə başlayır. Bu ilin sonuna kimi 14 qatarın hamısının istismara verilməsi gözlənilir. Belə ki, hidrogen qatarlarının regionda fəaliyyət göstərən 15 dizel mühərrikli qatarın tədricən əvəzlənməsi planlaşdırılır.
Yalnız 1 kiloqram hidrogen yanacağı təxminən 4,5 kiloqram dizellə eyni performansı verir. Emissiyasız və səssiz qatarlardan tüstü və qaz əvəzinə yalnız buxar və qatılaşdırılmış su çıxır.
Saatda maksimum 140 kilometr qət edə bilən qatarların uçuş məsafəsi təxminən 1000 kilometrdir. Bu, o deməkdir ki, o, bütün gün ərzində getdiyi şəbəkədə yalnız bir hidrogen çənini istehlak edir. Qatarların təxminən 80-120 kilometr məsafə qət etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB