Almaniyanın xarici işlər naziri Annalena Berbok İkinci Alman Televiziyası olan “ZDF”-yə verdiyi müsahibəsində Almaniyadan Ukraynaya silah tədarükünün Bundesverin öz ehtiyatlarının olmaması səbəbindən “incə xətt” üzrə davam etdiyini bildirmişdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, nazir Almaniyada silahla bağlı vəziyyətin elə də yaxşı olmadığını və ümumiyyətlə ölkəsinin bu məsələ ilə bağlı durumunu “mütləq defisit” adlandırıb. Yəni bununla onlarda da artıq silahın tükəndiyinə eyham vurub.
Onun sözlərinə görə, Kiyevin nöqteyi-nəzərindən silahlar bu gün yox, dünən göndərilməli idi, lakin Almaniya hakimiyyəti uzunmüddətli perspektivdə düşünməyə məcbur olub.
Qeyd edək ki, maraqlı da olsa, Burbok Almaniya sənayesinin bu gün xüsusi olaraq, ancaq Ukrayna üçün silah istehsal etdiyini də etiraf edib.
Eyni zamanda, o, payızda Ukraynanı əlavə silahlarla təmin etmək və silahlı münaqişənin bu il bitməyəcəyinə hazırlaşmaq lazım olacağını da qeyd edib.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Almaniya Müdafiə Nazirliyi Bundesverin artıq Ukraynaya öz ehtiyatlarından silah və hərbi texnika verə bilməyəcəyini bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB