Beləliklə, Krımda terror təhlükəsinin sarı (yüksək) səviyyəsi sentyabrın 8-nə qədər uzadılır. Deməli, vəziyyət ruslar üçün elə də ürəkaçan deyil...
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu regionun rəhbəri Sergey Aksenov teleqram kanalında bildirib.
Onun dediyinə görə, artan terror təhlükə səviyyəsinə rəğmən Orvansk, Djankoy, Krasnoperekopsk, Djanskoy və Krasnoperekopsky rayonlarının şəhər rayonları, həmçinin Krım Nəqliyyat Nazirliyinin obyektlərində, Səhiyyə Nazirliyi, Yanacaq və Energetika Nazirliyi, Sənaye Siyasəti Nazirliyi , Dövlət Su İdarəetmə və Meliorasiya üzrə Dövlət Komitəsi tam nəzarətə götürüləcək.
Qeyd edək ki, Sergey Aksenov özü başda olmaqla hakimiyyətin respublikadakı vəziyyəti tam nəzarətə götürüyünü də bildirib. Yəni onun dediyindən belə başa düşülür ki, əgər Aksenov Krımda vəzifə başındadırsa...deməli, bu ərazilərə “quş da səkə bilməz”...
...Yeri gəlmişkən onu da qeyd edək ki, Ukraynada xüsusi bir əməliyyat başladıqdan sonra, ruslar “terror qorxusu” ilə xoflanıblar. Qeyd edək ki, terror təhlükəsinin sarı (yüksək) səviyyəsi hazırda təkcə Sevastopol və Krımda deyil, həm də Rusiyanın Kursk, Belgorod, Bryansk bölgələrində də tətbiq edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB