Ukrayna Rusiyanı mühakimə etmək istəyi ilə BMT Baş Assambleyasına qətnamə vermək niyyətindədir.
SİA TASS-a istinadən xəbər verir ki, bunuUkrayna prezidenti Vladimir Zelenski, Dünya Təşkilatının Təhlükəsizlik Şurasının iclasında danışarkən bildirib.
Qeyd edilməlidir ki, rus saytları Ukrayna prezidentinin bu addımına istehza, mən deyərdim ki, lap rişxənd nümayiş etdirərək, “mühakimə etmək” sözünə xüsusi ahəng qatıblar...necə yəni “Rusiyanı mühakimə etmək?”
... Rusiya Ukraynaya qarşı təcavüzə görə məsuliyyət daşımalıdır-deyən Zelenski, müvafiq qətnaməni beynəlxalq münasibətlərdə ədaləti bərpa etmək üçün BMT Baş Assambleyasının 77-ci sessiyasına təqdim ediləcəyini bildirib.
Əslində, Ukraynanın sərhədlərin toxunulmazlığı ilə bağlı qaldıracağı məsələnin mahiyyətini Rusiya bəlkə Kiyevdən də yaxşı başa düşür, lakin, məlum məsələdir ki, buna əməl etmək istəmir.
Məsələ bundadır ki, Rusiya bu məsələdə BMT-də özünə qahmar da tapıb.
Budur, Dünya Təşkilatı çərçivəsində Çinin daimi nümayəndəsi Çjan Çzyunya Ukrayna prezidentinin video formatında BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün təklif aldığını bildirir. Maraqlıdır ki, Çin səlahiyyətlisi Rusiyanın Zelenskinin bu formatda iştirakına qarşı çıxdığını bunun SB protokolunun tələblərinə zidd olması ilə əlaqələndirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB