Nigeriyada vәba epidemiyasından 91 nәfәr ölüb

Nigeriyada vәba epidemiyasından 91 nәfәr ölüb

Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 91 nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) mәlumatına әsasәn, 4-31 iyul tarixləri arasında ölkәdә epidemiyadan daha 25 nәfәr ölüb.

Beləliklə, ölkәdә yanvar ayından etibarәn vəba epidemiyasından həyatını itirənlərin ümumi sayı 91 nәfәrә çatıb.

Mәlumatda bu dövrdə epidemiyanın paytaxt Abuca ilə yanaşı 31 əyalətə yayıldığı və bu bölgələrdə 3 610 nәfәrin vәba epidemiyasına yoluxduğu bildirilib.

Qeyd edək ki, Nigeriyada təmiz su ehtiyacının təmin edilə bilməməsi və tibbi müdaxilənin qənaətbəxş olmaması epidemiya və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, qızdırma, meymun çiçəyi virusu kimi epidemik xəstəliklər yayğındır.

Bütün xəbərlər Facebook səhifəmizdə