“Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir” - SİYASİ EKSPERT AÇIQLADI

“Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir” - SİYASİ EKSPERT AÇIQLADI

“Hazırda Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.

Onun sözlərinə görə, klanlar arası savaş getdikcə dərinləşir, bu ölkə xarici ianələr hesabına dolanır: “Məhz bu səbəbdəndir ki, artıq Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə sahib çıxa bilmir, ordan Ermənistana qayıtmaq istəyən əhalini evlə təmin edə bilmir. Bu ölkədə bir çox sahələr Rusiya iş adamlarının investisiyaları ilə idarə olunur ki, hal-hazırda ciddi sanksiyalar altında olan Rusiya bu ölkəyə əvvəlki qədər maliyyə ayıra bilmir. Ona görə Ermənistan bütün ümidini qərb yardımlarına bağlayıb. Lakin bu da dayanıqlı deyil.
Ermənistanın bu ağır sosial-iqtisadi durumdan bir çıxış yolu var, o da Türkiyə və Azərbaycanla iqtisadi inteqrasiya etmək və Cənubi Qafqazın tamhüquqlu bir ölkəsinə çevrilmək. Bunun üçün Ermənistan real addımlar atmalı, Türkiyə və Azərbaycanla iqtisadi və nəqliyyat layihələrinə, iş adamlarının qarşılıqlı əməkdaşlığına açıq olmalıdır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə