Oğurladığı avtomobillə pilləkəndə ilişib qaldı

Oğurladığı avtomobillə pilləkəndə ilişib qaldı

İspaniyanın paytaxtı Madriddə bir nəfər oğurladığı avtomobillə metro stansiyasına daxil olduqdan sonra stansiyanın pilləkənlərində ilişib qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şəxsin bölgəyə gələn təcili yardım qrupları tərəfindən xilas edildiyi və şəxsin xəstəxanaya aparıldığı bildirilib.

Madrid yanğınsöndürmə idarəsi tərəfindən saatlarla aparılan iş nəticəsində metronun pilləkənlərində ilişib qalan avtomobil xilas edilərkən, metronun hərəkətdə olduğu saatlarda baş verən hadisədə ölən və yaralananların olmadığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə