Natalia Vovk cinayətə məcbur edilib..?

Natalia Vovkun qohumları Daria Duginanın qətlinə işıq saldılar
Natalia Vovk cinayətə məcbur edilib..?

Daria Duginanın avtomobilini partlatmaqda ittiham olunan qızın- Natalia Vovkun valideynləri varislərinin günahkar olduğuna inanmaqdan imtina edirlər.

Maraqlıdır ki, Vovkun bəzi qohumları isə onun cinayəti törətməyə məcbur eildiyini bildirirlər.

Onların sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti Vovkun oğlunu girov götürüb və onu öz qaydaları ilə oynamağa məcbur ediblər.

SİA-nın da əldə etdiyi məlumata görə, guya təfərrüatlar hələ rusiyalı müstəntiqlər tərəfindən dəqiqləşdirilməyib.

“...Onun Estoniyada olduğunu biləndə, bu mənim üçün şok oldu. Mən ona yazdım ki, “qızım, bu doğru deyil. Mən buna inanmıram”.

Qeyd edək ki, bunu Vovkun anası deyib.

Rus saytlarının yazdığına görə, rus tərəfi Natalya Vovkun Rusiya sərhədini necə keçdiyi, Moskva ətrafında necə hərəkət etdiyi və hətta qurbanının yaşadığı binada mənzil kirayələdiyi barədə də məlumatlıdır.

Deyilənə görə, Natalya Vovk işdən çıxana qədər, Ukrayna hərbi hissəsində sadəcə ofis işçisi olub. Amma aylıq kirayə haqqının 170 min rubla çata biləcəyi Moskvadakı elit binada mənzil kirayələmək imkanı... ofis işçisi üçün əlçatan deyil. Maraqlıdır ki, Natalya Vovkun atası onun Ukrayna Silahlı Qüvvələrində xidmət etdikdən sonra onun işə götürülə biləcəyini də düşünür.

Bu arada onun əmisi oğlu da öz versiyasını irəli sürür.

Onun dediyinə görə, Natalia Ukrayna Təhlükəsizlik Xidməti və hərbçilərin qarmaqlarında idi. Axı onun ilk evliliyindən olan oğlu Danila Şaban Ukrayna Silahlı Qüvvələrinin sıralarında Dəniz Piyadaları Korpusunun komandiri kimi xidmət edir.

Qonşular isə belə hesab edirlər ki, Vovka məhz onun oğlu vasitəsilə təzyiq oluna bilər.

...Amma Daria Duginanın qətlinin təfərrüatları ilə bağlı hələ də suallar var. Natalya Vovk Ukrayna Silahlı Qüvvələri ilə bütün əlaqələrini nəzərə alaraq, Rusiyaya xəbərsiz girib, cinayət törədib, sonra da problemsiz ölkəni necə tərk edə bilib?

Rus saytlarının yazdığına görə, artıq Avropada Vovkun izi itməyə başlayıb. Belə ki, əvvəlcə onun Estoniyada olduğu deyilirdi. Sonra o, Avstriyada göründü. Belə görünür ki, bu gün Avropa dövlətlərindən kömək gözləmək lazım gəlməyəcək.

Qeyd edək ki, bu arada Estoniya FSB-nin bəyanatlarını Rusiya Federasiyasının təxribatı kimi qiymətləndirir.

Maraqlıdır ki, ruslar Estoniyanın buna görə cavab verəcəyini deyirlər.

...Belə görünür ki, rusların da deyəsən ancaq milyon yarımdan bir az artıq əhalisi olan estonlara gücü çatır?

Amma yenə də rus saytlarına inansaq Vovkun indi harada görünüb-görünməyəcəyi və ümumiyyətlə sağ qalıb-qalmaması açıq sual altındadır. Niyə? Ruslar bunun da cavabını verirlər. Onlara görə, Vovkun mövcudluğu faktı indi Kiyev rejimi üçün çox əlverişsizdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə